İranın Azərbaycanda dini mühütlə bağlı fikirləri tamamilə absurd və əsassızdır - ÖZƏL

"İran dövləti Azərbaycanı hər zaman özünə təhdid bir güc kimi qiymətləndirib. Ölkəmizin uzun illər Qarabağ probleminə diqqət ayırması İranın maraqlarına uyğun olduğu üçün Tehran anti-Azərbaycan siyasətini pərdələməyi bacarırdı. Lakin 2020-ci il Vətən Müharibəsində əldə olunan qələbədən sonra fars rejimi öz aqresiyyasını daha kəskin formada nümayiş etdirməyə başladı".

Bu fikirləri "OLAYLAR"-a Ana Vətən Partiyasının sədrinin beynəlxalq məsələlər üzrə köməkçisi Pərviz Mirizadə səsləndirib. AVP rəsmisi bildirib ki, onların bu istiqamətdə, Zəngəzur koridoru ilə bağlı səsləndirdiyi fikirləri, sərhədlərimizdə mütəmadi hal alan hərbi təlimlərini, siyasilər və yüksək rütbəli ordu mənsublarının təhdid xarakterli bəyanatlarını göstərmək olar: "Bütün bu proseslərin davamı olaraq cənub qonşumuz Azərbaycanın regionda güclənən mövqeyinə zərbə vurmaqdan ötrü düşmən dövlət Ermənistanla sıx əməkdaşlıq edir, onlara istər hərbi, istərsə də siyasi dəstək verməklə İrəvana böyük qardaşlıq edir. Tehran hakimiyyəti hər zaman ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri edib və din masqası altında gizlənərək bu siyasətini davam etdirib". 

Pərviz Mirizadə deyib ki, İran bu gün Suriyada, Livanda, ümulikdə Yaxın Şərqdə həyata keçirdiyi siyasətini Azərbaycan üzərindəndə icra etmək istəyir: "Molla rejimi Azərbaycanın konstitusiyon quruluşunu çevirərək ölkəmizdə "Kərimə dövləti" qurmaq və öz maraqlarına xidmət edəcək bir quruluş arzusundadır. Bu məqsədlə  İran xüsusi xidmət orqanları ETTALAT, SEPAH  Azərbaycan vətəndaşlarını müxtəlif vaxtlarda ölkə hüdudlarından kənarda hərbi təlimlərə cəlb edərək onlardan öz planlarının icrasında bir vasitə kimi istifadə etmək istəyiblər. Lakin Dövlət Təhlükəsizlik Xidmətinin və digər güc strukturlarının peşəkar fəaliyyətləri nəticəsində Tehran rəhbərliyinin bütün planları alt-üst oldu".

AVP rəsmisi deyib ki, Azərbaycan dünyəvi dövlət olsa da əhalinin böyük əksəriyyəti müsəlman etiqadındadır: "Ölkəmizdə bütün dinlərin inkişaf etdirilməsi istiqamətində müstəsna işlər görülüb və görülür. Buna bariz nümunə olaraq işğaldan azad edilmiş Qarabağ torpaqlarında dini abidələrin, xüsusilə məscidlərin yenidən qurulması və əsaslı şəkildə təmir edilməsini göstərmək kifayətdir. İndiki halda İranın Azərbaycanda dini mühütlə bağlı fikirləri tamamilə absurd və əsassızdır. Molla rejiminin uzun illər Qarabağda ermənilər tərəfindən məscidlərimizə qarşı olan vandal siyasəti görməzdən gəlməsi, dinmizin təhqir olunmasına heç bir münasibət bildirməməsi qarşı tərifin İslam dininə olan yanaşmasının göstəricisidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31