Azərbaycan hər zaman ərazi bütövlüyünün toxunulmazlığını təmin etməyə hazır olmalıdır - ÖZƏL
5 Aprel 2023 14:03 Siyasət"Azərbaycan hər zaman öz torpaqlarının təhlükəsizliyini və ərazi bütövlüyünün toxunulmazlığını təmin etməyə hazır olmalıdır". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov səsləndirib. O bildirib ki, məhz bu məqsədlə Laçın rayonunun Ermənistanla sərhəd istiqamətləri üzrə bütün mühəndis-istehkam işləri artıq başa çatmaq üzrədir: "Bu gün ölkəmiz Azərbaycan-Ermənistan sərhədi istiqamətində çox əlverişli mövqelərə sahibdir. Laçın rayonunun təhlükəsizliyi ilə bağlı dövlətimiz tərəfindən bütün gərəkən addımlar atılır, tədbirlər görülür və bu tədbirlər imkan verir ki, oraya qayıdacaq soydaşlarımız rahat, təhlükəsizlik şəraitində yaşasınlar.İşğaldan azad edilmiş Laçın rayonu yeni inkişaf dövrünü yaşayır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31