İran din pərdəsi altında terrorizmlə məşğul olur - ÖZƏL

"Ölkəmizdə terror aktı həyata keçirmək, ictimai-siyasi sabitliyi pozmaqda şübhəli bilinən şəxslərin həbs olunmasını dini amillə əlaqələndirmək və həmin şəxslərin şiə olduqlarına görə həbs edildikləri iddiası ilə çıxış etmək kökündən yalnışdır və bu İranın Azərbaycana qarşı olan daha bir düşmən münasibətinin göstəricisidir". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı cənub qonşumuzdan səslənən son ittihamlara münasibət bildirərkən deyib. Arzuman Muradlı qeyd edib ki, İranın əsassız iddialarından fərqli olaraq Azərbaycanda bütün dinlərin nümayəndələri azad, heç bir əngəl olmadan sərbəst şəkildə yaşayır, öz inanclarını yerinə yetirirlər: "Təsadüfi deyil ki, Azərbaycan məhz bu müsbət tendensiyasına görə, dünyada multikultural, dini baxımdan tolerant ölkə sayılır. Bunu təkcə biz deyil, nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, rəhbərləri də açıq şəkildə etiraf edirlər. Ona görə də İranın səsləndirdiyi iddialar cəfəngiyyatdan başqa bir şey deyil".
İctimai Birlik sədri qeyd edib ki, Azərbaycanda terror törətməkdə şübhəli bilinərək həbs edilənlər şiələr deyil, İranın zaman-zaman Azərbaycanda hazırlamış olduğu casuz şəbəkəsinin üzvləridir: "İran din pərdəsi altında terrorizmlə məşğul olur. Ona görə də əslində İranın dinlə heç bir bağlılığı yoxdur. Sadəcə bu ölkə dini əlində bayraq tutaraq çirkin əməllərini ört-basdır etməıyə çalışır2.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31