Hər cür təxribatlara hazır olmaq lazımdır - ÖZƏL
5 Aprel 2023 11:34 SiyasətRusiya Federasiyasının BMT Təhlükəsizlik Şurasında sədrliyi dönəmi başlayıb. Rusiya-Ukrayna müharibəsi və Qafqazlarda cərəyan edən gərgin proseslər fonunda Rusiyanın Təhlükəsizlik Şurasına sədrliyi heç də arzuedilməyən proseslərə gətirib çıxara bilər. "OLAYLAR"-ın xəbərinə görə, elə politoloq Yeganə Hacıyeva da bu qənaətdədir. Onun sözlərinə görə, Ermənistan, İran və Avropa İttifaqının mülki missiyasının sərhəddə, Rusiya sülhməramlıları və ermənilərin Qarabağda fəallaşa biləcəyi istisna edilmir: "Eyni zamanda Rusiya, Fransa və Ermənistanın Təhlükəsizlik Şurasında hər cür təxribatlarına təəccüblənməmək və hazır olmaq lazımdır".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31