Laçına qayıdacaq məcburi köçkünlər burada rahat yaşamalıdırlar - ÖZƏL

"Laçın rayonuna qayıdacaq keçmiş məcburi köçkünlər bundan sonra Laçında rahat yaşamalıdırlar və Azərbaycan dövləti bunu təmin edəcək". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Fariz İmamverdiyev səsləndirib. O bildirib ki, Laçın rayonu 28 il işğal altında idi və bu işğal dövründə rayonun bütün infrastrukturu Ermənistan tərəfindən məhv edilib, ətraf mühitə böyük ziyan vurulub: "Bütövlükdə bizim meşə fondumuzun qanunsuz istismarı nəticəsində 60 min hektar meşə ermənilər tərəfindən məhv edilib, kəsilib, talanıb, satılıb. Onun böyük hissəsi Laçın rayonunda olan meşə fondudur". Hakim partiya üzvü qeyd edib ki, işğal dövründə ermənilər Laçında qanunsuz məskunlaşma siyasəti aparıblar: "Xaricdə yaşamış ermənilər həm Laçın şəhərinə, həm bir neçə kəndə gətirilmiş və orada yerləşdiriliblər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31