Minalar torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur - Nazir müavini

Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu xarici işlər nazirinin müavini Fariz Rzayev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar "Gizli ölüm toxumları" kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

Nazir müavini xatrıladıb ki, Azərbaycanın torpaqları 30 illik işğal dövründə minalarla çirkləndirilib.

"2020-ci ildə münaqişənin bitməsinə baxmayaraq, Ermənistan hələ də torpaqları minalamağa davam edir. Bu istiqamətdə humanitar yardımların göstərilməsi bizim üçün prioritetdir. Azad edilən ərazilərin minalanması torpaqlarından didərgin düşən insanların qayıdışına mane olur",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31