Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri tutur - Sultan Hacıyev

Azərbaycan ərazisi minalarla çirklənmiş ölkələr arasında ilk yerləri tutur.

Olaylar.az trend-ə istinadən bildirir ki, bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin baş məsləhətçisi, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin Katibliyi rəhbərinin müavini Sultan Hacıyev 4 Aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Təhlükəsi ilə Mübarizəyə Yardım Günü ilə əlaqədar "Gizli ölüm toxumları" kitabının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"Mina probleminin nə qədər mürəkkəb olmasından aslı olmayaraq, biz bu çətinliyin öhdəsindən gələcəyik. Azərbaycan digər çətinliklərin öhdəsindən müvəffəqiyyətlə gəldiyi kimi, bu çətinliyin də öhdəsindən gələcək. Bu işdə bizimlə bərabər olan beynəlxalq tərəfdaşlarımıza minnətdarıq. Əminik ki, bu dəstək davam edəcək",- deyə o əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31