Azərbaycanla hərbi qarşıdurma İranı çətin duruma sala bilər - ÖZƏL

"İranın Xarici İşlər Nazirliyinin Azərbaycan nota verməsi bəlkə də bu dövlətin Azərbaycanla yaranan gərginliyi diplomatik müstəvidə həll etməyə çalışmasıdır. Çünki İran yaxşı anlayır ki, Azərbaycanla hərbi qarşıdurma bu ölkəni daha da çətin duruma sala bilər". Bu fikirləri "OLAYLAR"-a politoloq Vüqar Əhmədov səsləndirib. Onun sözlərinə görə, indi regionda elə bir vəziyyət yaranıb ki, əgər İran Azərbaycana qarşı hərbi əməliyyata başlasa və yaxud hərbi qarşıdurma yaransa qarşısında nəinki Türkiyə, İsrail və ABŞ-ı görə bilər:
"Hətta Rusiya da bu məsələdə İranı dəstəkləməyəcək. Bu gün İranla Azərbaycan arasında gərginliyin azaldılması istiqamətində çalışan əsas dövlətlərdən biri də Rusiyadır. Lakin İran Azərbaycana qarşı bir sıra yanlışlıqlara yol verib, bütün bunları indi sadalamaq istəmirəm. Əsas məsələ Azərbaycanın ərazi bütövlüyü məsələsində tutduğu haqsız mövqe, Azərbaycanda İran şəbəkəsi yetişdirməsi, diplomatik missiyamıza hücum iki ölkə arasında əsas parçalanma sayıla bilər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31