Naxçıvan Hərbi Prokurorluğu yenidən təşkil olunacaq
4 Aprel 2023 13:30 SiyasətNaxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu yenidən təşkil olunacaq.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunula bağlı "Prokurorluq haqqında" qanuna dəyişiklik Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.
Dəyişikliyə əsasən, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğunun tabelik qaydası dəyişdirilməklə yeni təşkil olunması nəzərdə tutulur.
Dəyişikliklər nəticəsində həyata keçiriləcək institusional islahatlar prokurorluq orqanlarının struktur qruluşunun təkmilləşdirilməsinə səbəb olacaq.
Müzakirələrdən sonra dəyişiklik səsverməyə qoyularaq birinci oxunuşda qəbul edilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31