Fransanın insan hüquqlarından danışması absurddur - ÖZƏL
4 Aprel 2023 13:16 Siyasət"Fransa da cənub qonşumuz İran kimi bütün fəaliyyətini Azərbaycana qarşı düşmənçilik prinsipi üzərində qurub. Əgər belə olmasaydı Fraansa Senatı müntəzəm olaraq Azərbaycanın maraqlarına zidd olan, həqiqətdən tamamilə uzaq dayanan qərəzli məsələləri müzakirəyə çıxarmaz, yaxud qərarlar qəbul etməzdi". Bu fikirləri "OLAYLAR"-a "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı Fransa Senatında "Azərbaycanda etnik azlıqların hüquqları" ilə bağlı məsələnin müzakirə edilməsinə münasibət bildirərkən səsləndirib. İctimai Birlik sədri qeyd edib ki, belə bir məsələnin Fransa Senatında nəinki müzakirəyə çıxarılması, hətta Senata belə bir sənədin təqdim edilməsi, onun müzakirə üçün nəzərə alınması belə gülünc doğuran haldır, siyasi riyakarlıqdan başqa bir şey deyil:
"Bütün dünya Fransanın Əlcəzairdə törətdiyi soyqırımdan danışdığı, fransız əsgərləri tərəfindən yaxın tarixdə əlcəzairlilərin hüquqlarının pozulduğiuna şahidlik edib ondan danışdığı halda, eləcə də Afrikanın digər ölkələrində Fransanın törətdiyi qırğınlar ortada olduğu halda, bu ölkənin insan hüquqlarından danışması absurddur. Həm də Senatın həmin müzakirəni Paris küçələrində sosial tələblərlə çıxış edən xalqa qarşı polisin qəddarlıq nümayiş etdirdiyi bir vaxtda keçirməsi də bir başqa rüsvayçılıqdır. Əgər fransız deputatlar elə insan hüquqlarının qorunmasından yanadırlarsa, onda ilk növbədə polis tərəfindən vəhşiliklə üzləşən öz vətəndaşlarının hüquqlarını qorusunlar. Sonra sərhədləri aşaraq Cənubi Qafqaza gələrlər".
Arzuman Muradlı onu da deyib ki, Azərbaycan dövləti və hakimiyyəti Fransa Senatının iddia etdiyindən fərqli olaraq Qarabağda yaşayan erməni sakinlərinin hüquqlarının qorunması, onların üzləşdikləri hər hansı problemlərin həlli məqsədilə davamlı addımlar atır, görüşlər keçirilməsi təşəbbüsü irəli sürür: "Lakin təəssüflər olsun ki, Azərbaycan dövlətinin bu təşəbbüsünə Qarabağ separatçıları, İrəvan hakimiyyəti mane olmağa çalışır"