Milli Məclis Fransa ilə bağlı bəyanat verəcək
4 Aprel 2023 12:12 SiyasətMilli Məclisin bu gün keçirilən iclasında Fransanın Azərbaycana qarşı qərəzli münasibəti ilə bağlı bəyanat qəbul ediləcək.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin iclasının gündəliyinə daxil edilib.
Bəyanatın mətninin hazırlanması üçün komissiya yaradılıb.
Komissiyanın sədri Azərbaycan-Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov təyin edilib.
Parlament sədrinin I müavini Əli Hüseynli təklif edib ki, komissiyanın üzvləri Ziyafət Əsgərov, Sevil Mikayılova, Elşən Musayev və Əziz Ələkbərli bəyanat layihəsini hazırlasın.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31