İranın növbəti riyakarlığı - ÖZƏL

İranın Azərbaycana nota verməsi bu ölkənin növbəti riyakarlığı, indiyə qədər etdiyi əməllərdən heç də peşmançılıq keçirmədiyinin göstəricisidir". Bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında əksini tapıb. "OLAYLAR"-a daxil olan açıqlamada bildirilib ki, rəsmi Bakı Tehrandan etdiyi əməllərə, qonşuluq münasibətlərinə vurmuş olduğu xain zərbəyə görə üzrxahlıq gözlədiyi halda, molla rejimi bir qədər də irəli gedərək Azərbaycanı yenidən təhdid edib:

"İranın Azərbaycana göndərmiş olduğu nota bir daha sübut edir ki, molla rejimi heç bir halda Azərbaycanın konstruktiv, mehriban qonşuluq münasibətlərinə məhəl qoymur və ölkəmizi özü üçün əsassız olaraq, heç bir məntiqə və ağıla sığmadan təhlükə mənbəyi hesab edir".

Analitik Qrup bəyan edir ki, İran Azərbaycana qarşı təhdid ritorikasından əl çəkməli, ölkəmizə qarşı düşmənçilik münasibətlərini bir kənara qoymalı və Bakıya yönəlik təxribatları dayandırmalıdır: "Əks təqdirdə, molla rejimi təxribatlarını davam etdirəcəyi halda bu İran hakimiyyəti üçün yaxşı nəticələr verməyəcək. Bunu molla rejimi mütləq bilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31