“Terroru törədənlər bilməlidir ki...” – Qənirə Paşayeva
4 Aprel 2023 11:44 Siyasət"Fazil Mustafaya atılan güllə dövlətə atılan güllədir".
Olaylar.az xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında deputat Qənirə Paşayeva deyib. Millət vəkili terror aktını törədənlərin cəzalandıralacağını qeyd edib:
"Siyasi mövqeyindən, düşüncəsindən asılı olmayaraq bütün azərbaycanlılar bunu belə qəbul etməlidir. Xaricdən idarə olunan bu şəbəkələrin maraqlarının, məqsədlərinin nədən ibarət olunduğunu bilməliyik. Terroru törədənlər, bunun arxasında dayananlar bilməlidir ki, Azərbaycan xalqını bununla qorxutmaq olmaz. Dövlətimiz, xalqımız nəyin nə olduğunu bilməkdədir. Gərəkli olan bütün addımlar atılacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31