Ermənistanın növbəti məkirli siyasəti - ÖZƏL
4 Aprel 2023 10:25 Siyasət"Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutuna qoşulmağa hazırlaşan Ermənistan Rusiya ilə Statutun 98-ci maddəsinə istinad etməklə müqavilə bağlamaq istəyir. Müqavilə bağlanacağı təqdirdə Ermənistanın RF vətəndaşlarına münasibətdə Beynəlxalq Cinayət Məhkəməsi ilə əməkdaşlı etmək öhdəliyi olmayacaq". Olaylar xəbər verir ki, bunu deyən hüquq müdadiəçisi Sahib Məmmədovun sözlərinə görə, beləliklə Ermənistan RF-lə müttəfiqliyinə xələl gətirmədən növbəti məkrli planını işə salacaq. Burası öz yerində. Maraqlı olan odur ki, Rusiya bu təhqiramiz müqaviləni bağlamağa razı olacaqmı? Razı olarsa faktiki olaraq BCM-in Rusiya prezidentinə və digər vəzifəli şəxsə qarşı qaldırdığı cinayət işini dolayısı olasa da bir növ tanmış olacaq. Bu hərəkət artıq Rusiya tərəfinin müdafiə xarakterli tədbiri kimi qəbul olunacaq.