Terror cinayətində İran izi - ÖZƏL
4 Aprel 2023 08:59 Siyasət"Fazil Mustafaya qarşı terror hücumunu törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb: onların İranla bağlantılarına dair müəyyən detallar var". Olaylar xəbər verir ki, bunu deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə,
hücumda İran izi ən çox ehtimal edilən versiyadır və hadisənin motivlərindən tutmuş hədəfinə qədər əksər detal diqqəti Tehranın üzərinə yönəldir. Terror aktının bir nəfər tərəfindən yox, qrup şəkilində təşkil edilməsi və qrupa bağlı digər şəxslər haqda araşdırmanın davam etməsi "İranın Azərbaycanda göstəriş gələndə silahlı hücumlar təşkil etmək potensialına malik dəstələrinin olduğu" fikrini ispat edir. Bu əməliyyat həmin dəstələrin ifşa edilməsi və neytralaşdırılmasına yeni imkanlar yaradacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31