Vətənimizə xəyanət edən bütün şəbəkələr çökdürülməlidir - ÖZƏL

"Həmkarım Fazil Mustafaya  qanlı terror aktı törədənlərin qısa müddətdə tapılıb saxlanmaları Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Respublika Baş Prokurorluğu əməkdaşlarının yüksək peşəkarlığını göstərdi". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Musa Qasımlının sözlərinə görə,  dövlətimizə və Vətənimizə xəyanət edən bütün şəbəkələr çökərdilməli, qanun qarşısında cavab verməlidirlər. Dövlət orqanlarımıza qarşı silah işlədənlər isə cavablarını anladıqları üsulla almalıdırlar. Bu məsələdə güzəştə getmək uca millətimizin və dünyəvi dövlətimizin gələcəyini təhlükəyə atmaq deməkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31