İranda şiəlik deyil, Xumeynizm siyasi- dini ideologiyadır - ÖZƏL

"İranda şiəlik deyil, Xumeynizm məzhəbidir. Bunun əsasını İran inqilabının banisi R. Xomeyni qoyub". Olaylar xəbər verir ki, bunu deyən politoloq Məhəmməd Əsədullazadənin  sözlərinə görə, Xumeynizm İranın  Yaxın Şərq və Cənubi Qafqazda formalaşdırmağa çalışdığı terrorçu ideoloji əsas bazasıdır. Burada İslam dinin müqəddəslərinin adından istifadə edərək, məzhəb pərdəarxası fonunda Xomeynizmi təbliğ edir. Xomeynizm İranın Yaxın Şərq və Cənubi Qafqazda xüsusilə Azərbaycanda öz siyasi və hərbi təsir dairəsini formalaşdirmaqla hakimiyyət çevrilişi edərək Tehran rejiminə uyğun bir sistem formalaşdırmaqdır. 

İran Yaxın və Orta Şərqdə, Cənubi Qafqazda təhlükəsizliyi təhdid edən və terrorizmin əsas sponorudur. Xomeynizm ideologiyasını SEPAH və onun xaricdə qanadlari vasitəsilə həyata keçirilir. SEPAH -ın Əl- Qüds, Hüseyninə terror təşkilatları və digər adını yazmadığım terror qanadlari ilə öz destruktiv siyasətini ortaya qoyur. Uzun illərdi ki, Azərbaycanda şəbəkələnib və biz vaxtında bunun qarşısını almaqdıq

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31