Ermənistanın 11 minlik fərari ordusunun yenidən müharibə sayıqlaması - ÖZƏL

"Təxminən 11 min nəfər fərarisi olan bir ölkənin yenidən müharibə barədə danışması, revanşist çıxışlar səsləndirməsi gülməli görünür. Bunu tək biz yox, elə Ermənistanın rəsmi dairələri də açıq şəkildə etiraf edirlər. Hər halda Ermənistanın baş naziri Nikol Paşinyanın xanımı Anna Paşinyanın 44 günlük müharibə günlərində ölkəsində 11 min nəfərin fərarilik etdiyini deməsi bunun əyani sübutudur". "OLAYLAR" xəbər verir ki, bu fikirlər "Xəbər Mərkəzi" Analitik Qrupun açıqlamasında yer alıb. Analitik Qrup hesab edir ki, belə bir dəhşətli faktın Ermənistanın baş nazirinin xanımı tərəfindən açıqlanması bu ölkədə hərbi sahədə durumun nə dərəcədə acınacaqlı olduğundan xəbər verir: "Hərbi sahədə vəziyyətin bərbad durumda olması, orduda hökm sürən korrupsiya və rüşvətxorluq istər-istəməz gənclərin fərarilik etməsinə, hərbi xidmətdən yayınmasına gətirib çıxarır. Elə 44 günlük Vətən müharibəsi günlərində ermənilərin özlərinin postlardan çəkib paylaşdıqları görüntülərdən də aydın görünürdü ki, erməni əsgəri necə ağır vəziyyətdə hərbi xidmət keçir. Hətta günlərlə bir damcı suya belə həsrət qaldıqlarını erməni hərbiçilər açıq şəkildə bildirirdilər. Ona görə də Ermənistanda hərbi xidmətdən yayınma hallarının olması mümkün bir şeydir. Hələ Anna Akopyanın açıqlamış olduğu rəsmi statistikada fərarilərin 11 min nəfər olduğu bildirilir. Qeyri-rəsmi məlumatlarda yəqin ki, bu rəqəm 20 minə yaxın təşkil edər".
Analitik Qrupdan o da qeyd edilib ki, Ermənistandan fərqli olaraq Azərbaycanda isə 44 günlük Vətən müharibəsi dövründə bir dənə də olsun fərarilik halları qeydə alınmayıb:
"Ermənistan baş naziri Nikol Paşinyanın səfərbərliklə bağlı çağırışından sonra Anna Paşinyanın dediyi kimi 11 min nəfər fərarilik edib döyüşlərdən qaçdığı halda, Azərbaycanda isə prezident İlham Əliyevin qismən səfərbərlik edilməsi ilə bağlı televiziyadan xalqa müraciətindən qısa bir müddət keçməmiş vətəndaşlarımız yaşından asılı olmayaraq axın-axın çağırış məntəqələrinin önünə gələrək düşmənlə ölüm-dirim savaşına getməyə can atdı. Məhz xalq-ordu birliyi və bu birliyin başında dayanan müzəffər Ali Baş Komandan iradəsi nəticəsində Azərbaycan dövləti, onun qalib ordusu Ermənistan üzərində tarixi zəfər qazandı, torpaqlarını işğaldan azad etdi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31