Demokratiyaya gedən yol siyasi dialoqdan keçir - ÖZƏL

"Bu gün Azərbaycanda radikal müxalifətin necə kifləndiyini, təmsilçilərinin necə "köhnəldiyini" elə öz içlərindən etiraf edirlər. İqtidardan bu barədə onlara çox deyilmişdir, amma siyasi mübarizədən gözləri doymur deyə qəbul etmək istəmirdilər". "OLAYLAR" xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyasının üzvü Anar Məmmədov səsləndirib. O qeyd edib ki, artıq iş o yerə çatıb ki, müxalifətin qocaldığını da özləri dəfələrlə bir-birlərinə deyirlər: "Hətta bununla bağlə elə özləri geniş məqalələrlə çıxış edir, sosial mediada debatlar edirlər. Radikla müxalifət buna görə də nə öz aralarında, nə də qarşı tərəflə siyasi dialoqa gələ bilmir. Onlar hələ də anlamaq istəmirlər ki, demokratiyaya gedən yol siyasi dialoqdan keçir. Azərbaycan dövləti də onlara bunu təşəbbüsü edib. Bu baxımdan Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı diqqət çəkir: "Biz yeni dövrdə siyasi dialoqu daha da dərinləşdirməliyik. Belə qərara gəldik, belə təklif etdik ki, ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31