İrandan istəyəcəyimiz təzminatın qarşılığı Cənubi Azərbaycan olacaq! - ÖZƏL
3 Aprel 2023 12:11 Siyasət"İran mətbuat vasitəsi ilə deyilənə görə Azərbaycana nota verib. Azərbaycanın Tehranda səfirliyinin bağlı olduğu, Azərbaycanda da iş günü olmadığı bir gündə İranın notanı kimə verdiyi son dövrlərdəki hərəkəti kimi təəccüblü və mətnin özü kimi gülüncdür. Azərbaycan XİN-nin əməkdaşları istirahət etdiyi üçün İranın notası hələlik öz yerinə çatmayıb və ya heç çatmayacaq".
Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. O bildirib ki, Azərbaycanın hələ bu notanı qəbul etməyə vaxtı və ya həvəsi olacaq, ya olmayacaq buna baxacağıq: "Qaldı məlum olan təsdiq edilməmiş mətnin absurdluğuna, bu, həqiqətən də, "adımı sənə qoyum, səni də yana-yana qoyum" məntiqinə uyğun gəlir. Məlum olan bütün səviyyəsiz addımları atan İran Azərbaycandan izahat və təzminat istəyir. Bu təzminat məsələsi isə notanın ən tragekomik hissəsidir. 30 il Azərbaycan torpaqlarını Ermənistanla birlikdə yağmalayan, talayan fars rejimi bizdən təzminat istəyir".
Politoloq qeyd edib ki, təzminatı Azərbaycan istəyəcək İran rejimindən: "Azərbaycanın təzminatı isə İran rejimi üçün ağır olacaq. Bu təzminatın qarşılığı Cənubi Azərbaycan olacaq!".