İranın notası, yaxud Tehran kimi aldadır? - ÖZƏL

"Cənub qonşumuz İranın bu günlərdə Azərbaycana nota verməsi bu ölkənin özünü sudan quru çıxarmaq, beynəlxalq aləmi aldatmaq cəhdidir". Bu fikirləri "OLAYLAR"-a səsləndirən "Milli İnkişaf" İctimai Birliyinin sədri Arzuman Muradlı qeyd edib ki, İranın nota verməsindən, nə deməsindən asılı olmayaraq bütün dünya bu ölkənin terrorçu, terroru dəstəkləyən bir ölkə olduğunu bilir: "Ona görə də cənub qonşumuzun Azərbaycana qarşı səsləndirdiyi ittihamları ciddiyə almaq lazım deyil. Qeyri-ciddi, adını İslam qoyub İslamdan kənar hər bir iyrəncliklə məşğul olan İranı ciddiyə alıb ona cavab verdikcə, molla rejimi özünü daha güclü zənn edir. Ən yaxşısı odur ki, Tehrandan nə səslənməsindən aılı olmayaraq "it hürər, karvan keçər" prinsipi əsasında öz fəaliyyətimizi, işimizi davam etdirməliyik".
Arzuman Muradlı qeyd edib ki, İrandan səslənən bəyanatlar, açıqlamalara cavab verməmək, onları ciddiyə almamaqla yanaşı, eyni zamanda bu ölkənin istənilən təxribatına qarşı da hazırlıqlı olmalı, işimizi bu istiqamətdə qurmalıyıq: "Çünki qeyd etdiyim kimi İran Azərbaycana qarşı hər bir iyrəncliyi etməyə hazırdır. Son bir neçə ay ərzində paytaxtda yaşanan silahlı insdentlər, ən son Milli Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terrorun izinin İrana gedib çıxması belə deməyə əsas verir. Eyni zamanda bizləri daha da tədbirli olmağa vadar edir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31