Heç bir cinayət cəzasız qalmamalıdır - ÖZƏL
3 Aprel 2023 08:11 Siyasət"Millət vəkili, dəyərli həmkarım Fazil Mustafaya qarşı terrorda yer alanların tapılıb qanun qarşısında cavab vermələri təkcə prinsip məsələsi deyildi. Əlbəttə, heç bir cinayət, hələ o da terror ola cəzasız qalmamalıdır, göründüyü kimi qalmayacaq da". Olaylar xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, Azərbaycanın güc strukturları bu əməliyyatla onu da göstərdilər ki, terror əmri verənlərdən, ardınca dövlətimizə qarşı daha məkrli planları reallaşdırmağı düşünənlərdən təəssübdə də, peşəkarlıqda da üstündürlər. Bu üstünlüksə həm də bizim idarəçilik modelimizin dövlətimizə düşmən kəsilənlərinkilərdən daha mütərəqqi və mükəmməlliyindən irəli gəlir.
Yəni azərbaycanlılardan terrorçular hazırlayıb özümüzə qarşı qullanmağa çalışanlar da, ikinci Qarabağ savaşında darmadağın etdiyimiz digər düşmənlərimiz kimi öz məqsədlərinə çata bilməyəcəklər, daha böyük avantüraya əl atdıqları halda isə ikincilər hansı vəziyyətə salındılarsa, eynisi ilə üzləşəcəklər.