İran Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib
1 Aprel 2023 23:17 Siyasətİran Azərbaycana etiraz notası verib.
Olaylar.az milli.az-a istinadən xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin bəyanatında deyilir:
"Azərbaycan Respublikasının bəzi kütləvi informasiya vasitələri tərəfindən nalayiq və təhqiredici hərəkətlərin davam etdirilməsinin ardınca İran İslam Respublikasının Bakıdakı səfirliyi bununla bağlı bu ölkənin Xarici İşlər Nazirliyinə kəskin etiraz notası göndərib.
İran bu destruktiv prosesin dayandırılmasını və aradan qaldırılmasını tələb edərək, medianın bu əxlaqsızlığının davam etməsinin iki ölkə arasında gələcək münasibətlərə mənfi və zərərli nəticələri barədə xəbərdarlıq edir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31