“Qanlı dərədə” təpədən dırnağa qədər silahlanmış erməni dəstələri  məhv edilib

"Azərbaycanda yaşayan bütün millətləri məhv edərək etnik təmizlənəmə apararaq Böyük Ermənistan yaratmaq kimi sərsəm arzusunu reallaşdırmaq  soyqırımlar törətməkdə ermənilərin əsas məqəsədi olmuşdur. 1918-ci ildə ermənilərin törətdiyi soyqırımlar Bakı quberniyasınıən Quba qəzasını da əhatə etmişdi". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə,  Bakı Xalq  Komissarları Sovetinin komissarı  Stepan Şaumyanın tapşırığı ilə erməni generalı Hamazapsın rəhbərlik etdiyi 2 min nəfərlik hərbi dəstəsi Quba qəzasına göndərilmiş və 1918-ci il yanvar-may aylarında Quba qəzasında yaşayan azərbaycanlı, ləzgi, yəhudi, tat və digər xalqların nümayəndələri olmaqla 16 mindən çox insanı vəhşicəsinə qətlə yetirilmiş, 162 kəndi dağıtmış, 35 kəndi xəritədən silmişdir: "Bu qanlı faciə törədən ermənilərə müqavimət göstərərək layiqli  cavabı Quba rayonun Digah kəndində  Qanlı dərə adlandırılan ərazidə verilmişdir. Qusarlı Hətəm ağa Cağarvi, Möhübəli Əfəndi Kuzunvi, Əli bəy Zizikski, Xaçmazın Şıxlar kəndinin bəyləri, Dəvəçili Həmdulla əfəndi, Qonaqkəndli qaçaq Mayıl və başqaları bu döyüşlərdə əsil qəhrəmanlıq nümayiş etdirmişlər. Gərgin döyüşdə ermənilərin qanı su yerinə axıdılan bu dərənin adı tarixə  "Qanlı dərə" kimi həkk olunmuşdur. "Qanlı dərə"də azərbaycanlılar, ləzgilər, tatlar və bu bölgədə yaşayan  digər xalqlar əl-ələ verərək erməniləri məhv etmiş,  mart-aprel  soyqırımı törədən daşnaklara layiqli cavab verilmişdir.

Ümummilli lider Heydər Əliyevin 1998-ci il oktyabrın 3-də Qusar rayonu seçiciləri ilə görüşündə demişdir: "Qanlı dərədə 1918-ci ildə qusarlılar Azərbaycan xalqına təcavüz edən erməni millətçilərinin qarşısını alıb onları darmadağın etmişlər. İndi də qusarlılar Azərbaycan ordusunda xidmət edir, qəhrəmanlıq nümunələri göstərirlər və əminəm ki, qusarlılar müstəqil Azərbaycanın müdafiəsində həmişə dayanacaqlar". Qusar şəhərinin mərkəzində "Qanlı dərədə" təpədən dırnağa qədər silahlanmış erməni dəstələrini  məhv etdiyi qardaş xalqların qəhrəmanlığının şərəfinə abidə  ucaldılmışdır və bu abidə "Dostluqun qalibiyyəti" abidəsi adlanır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31