Erməni millətçiliyi heç bir zaman əməlindən geri qalmayıb
31 Mart 2023 11:43 Siyasət"1918-ci ildə baş verən mart soyqırımları öz amansızlığına görə dünya tarixində də ən qanlı faciələrdən biridir".

Olaylar.az xəbər verir ki, bunu AQSİA-nın Reklam və marketinq komissiyasının sədri, ArtMod reklam agentliyinin təsisçisi Xəyalə Mütəllimova deyib.
"1918-ci ilin mart soyqırımı erməni xislətinin, onun vəhşiliyinin, amansızlığının ən bariz nümunəsidir. Zaman-zaman azərbaycanlıları qətliama, soyqırımına və deportasiyaya məruz qoyan erməni millətçiliyi heç bir zaman əməlindən geri qalmayıb. Biz bunu 1992-ci ildə Xocalı soyqırımı zamanı da müşahidə etmişik. Eyni zamanda, 44 günlük Vətən müharibəsində də ermənilərin Gəncə, Bərdə, Mingəçevir və başqa yaşayış məntəqələrini raket zərbələrinə məruz qoyması, dinc insanları qətlə yetirməsi Ermənistanın xalqımıza qarşı tarixi soyqırımı siyasətindən imtina etmədiyini göstərir.
Azərbaycan xalqına qarşı törədilən bu soyqırımları mahiyyət etibarı ilə insanlığa qarşı törədilən cinayətdir və bu cinayətə yol verənlərin cəzalanmasında bütün bəşəriyyət maraqlı olmalıdır".