Bizə düşməncəsinə yanaşanların etdiklərini və kimliklərini heç vaxt unutmamalıyıq - ÖZƏL
31 Mart 2023 10:54 Siyasət"1918-ci ildəki soyqırımından 70 il keçdikdən sonra, haylar əllərinə ilk fürsət düşən kimi azərbaycanlılara qarşı törətikləri vəhşiliklərlə dəyişmədiklərini göstərdilər. Ona görə bunu bacardılar ki, biz də dəyişməmişdik, on minlərlə soydaşımızı necə qətlə yetirdiklərini, topa tutulan Təzə Pir, yandırılan İsmailiyyə başda olmaqla məscidlərimizi, tarixi abidələrimizi, evlərimizi dağıtdıqlarını, etdikləri başqa rəzillikləri unutmuşduq. Xatırlatdılar!" "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahib Alıyevin sözlərinə görə, bir də belə faciələrlə üzləşmək istəmiriksə, bizə düşməncəsinə yanaşanların etdiklərini və kimliklərini heç vaxt unutmamalı, onlardan hər baxımdan o dərəcədə güclü olmalıyıq ki, necə dəhşətli cavab alacaqlarını anlayıb yenidən baş qaldırmasınalar: "Aydındır ki, biz onlara özləri etdikləri sayaq cavab verməmişik və bunu heç vaxt özümüzə sığışdırmarıq. İkinci Qarabağ savaşı da göstərdi ki, düşmənin bizə qarşı etdiyi vəhşiliklərin intiqamını almağın də elə ən doğru yolu ondan hər baxımdan üstün və güclü olmaqdır. Və təbii ki, keçmişdə yaşadıqlarımızı, yaşatdıqlarını unutmamaqdır. Ancaq belədə şəhidlərimizin ruhu şad ola bilər, necəki şaddır".