Tehran rejiminin riyakarlığı hay nasistlərini kölgədə qoyur - ÖZƏL
31 Mart 2023 10:33 Siyasət"İran İslam(???) Respublikası Ordusunun Quru Qoşunlarının Komandanı Kiomərs Heydərinin Azərbaycanda "sionist qüvvələrin" olması, ikinci Qarabağ savaşında guya "Suriyadan gətirilən İŞİD-çilərin" hələ də ölkədə qalması haqda sərsəmləməsi Tehran rejiminin, fars şovinistlərinin iftirada, riyakarlıq və bizə düşmənçilikdə hay nasistlərindən nəinki fərqlənmədiklərini, hətta onları kölgədə qoyduqlarını göstərir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Sahıb Alıyevin sözlərinə görə, İranda rejimə qarşı narazılıqların təhlükəli həddə çatdığı təqdirdə onun yönünü dəyişmək üçün gedə biləcəkləri avantüraya haqq qazandırmaq məqsədi daşıyır: " Kiomərsin Ermənistanın sərhəddinin dəyişməsinə imkan verməyəcəklərindən dəm vurması da hayları revanşizmə həvəsləndirməklə yanaşı, yuxarıda qeyd etdiyimizi təsdiqləyir".