Məcburi köçkünlərin qısa müddətdə Laçına qayıtması Azərbaycan prezidentinin əsas vəzifə kimi gördüyü məsələlərdir - ÖZƏL

"Hər şeydən öncə onu qeyd etmək lazımdır ki, cənab prezidentin Laçın rayonuna xüsusi nümayəndə təyin etməsi bu rayonla bağlı işlərin sürətləndiriləcəyindən xəbər verir". 

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Eyni zamanda, bunun bölgədə baş verən hadisələr fonunda yer alması da ondan xəbər verir ki, Azərbaycan dövləti və əlbəttə ki, dövlət başçısının şəxsən özü Laçın rayonu ilə bağlı çox qətiyyətli və qərarlıdır. Əlavə olaraq da, prezidentin xüsusi nümayəndəni qəbul etdiyi zaman səsləndirdiyi fikirlərə diqqət edilərsə, görərik ki, Azərbaycan Prezidenti mümkün qısa müddət ərzində Laçın rayonunun məskunlaşdırılması üçün çalışır. Yəni, oradan olan məcburi köçkünlərin qısa müddət ərzində Laçına qayıtması Azərbaycan Prezidentinin əsas vəzifə kimi gördüyü məsələlərdən biridir. O baxımdan, xüsusi nümayəndənin təyin edilməsi, ona tapşırıqların verilməsi, bütövlükdə rayonun təbiəti, tarixi abidələri, arxitekturası, ümumiyyətlə strateji əhəmiyyəti və bu tip məsələləri vurğulaması birmənalı şəkildə Azərbaycan dövlətinin qısa müddətə Laçın rayonunu tam olaraq məskunlaşdıracağından xəbər verir. Yəni, biz əlbəttə ki, vətəndaş olaraq düşünürük ki, nəhayət ki, illər sonra Laçının sakinləri nəhayət ki, öz evlərinə qayıda biləcəklər. Artıq orda çox sürətli işlər gedir və bunun ardınca da martın 30-da Müdafiə Nazirliyi elan etdi ki, Laçın yolu boyunca Zabux kəndi də daxil olmaqla, üzü Ermənistanla sərhədə doğru bir sıra yüksəkliklərdə bizim hərbçilərimiz öz mövqelərini möhkəmləndiriblər, orada nəzarəti təmin ediblər. Bütün bunlar, bir daha qeyd edirəm, Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin Laçınla bağlı qətiyyətli davranmasının göstəriciləridir. Əlbəttə ki, işlərin bu cür davam etməsi, ümumiyyətlə bu mərhələyə gəlib çatması sevindiricidir. Yəni, Azərbaycan dövləti özünün məqsədlərinə nail olmaq üçün qətiyyətindən bir addım da geri atmaq fikrində deyil. Üstəlik nəzərə alaq ki, ötən il dekabrın 12-dən başlayaraq Laçın yolunda ekoloji fəalların dinc aksiyası da keçirilir və bu aksiyada əlbəttə ki, Azərbaycanın Laçın da daxil olmaqla bütövlükdə o ərazilər üzərində suveren hüquqları çərçivəsində gerçəkləşir və əlbəttə ki, belə bir şəraitdə Laçınla bağlı proseslərin sürətləndirilməsi də yerinə düşür. O cümlədən də, biz qeyd edək ki, Laçına alternativi yolların çəkilməsi prosesi gedir. Eyni zamanda, Laçında beynəlxalq hava limanının tikintisi işləri aparılır. Bütün bunların fonunda əlbəttə ki, cənab prezidentin xüsusi nümayəndə təyin etməsi, ona əlavə tapşırıqlar verməsi, xüsusi istiqamətləri vurğulaması bütün bunlar Laçınla bağlı proseslərin sürətləndiriləcəyi haqqında danışmağımıza imkan verir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31