"Aprel döyüşləri 21-ci əsrdə xalqımızın ilk qələbəsi idi"- ÖZƏL

"2016-cı il aprel döyüşlərini birmənalı şəkildə 2020-ci il  ikinci Qarabağ müharibəsinin məşqi kimi qiymətləndirmək lazımdır. Azərbaycan 4 gün ərzində bir çox məsələləri test etdi. Əvvəla düşmənin hazırlıq səviyyəsini yoxladı. Azərbaycan ordusunun hansı texniki-təchizat problemi olmağı öyrənildi. Azərbaycan bu müddət ərzində Qarabağda baş verəcək canlanmaya dünyanın münasibətini öyrəndi. Həmin döyüşləri saxlamaq üçün Rusiya əlindən gələni etdi. Razılaşmadan sonra bu məsələlər dayandırıldı".

Bu sözləri Olaylar.az-a politoloq Cümşüd Nuriyev deyib:

"Aprel döyüşlərində  ilk kiçikçaplı qələbəmizi qazandıq. Cəbrayıldakı təpəliyin azad edilməsi, kəndin bərpası böyük uğur idi. Döyüşlər Azərbaycanın 21-ci əsrdə ilk qələbəsi oldu.  Azərbaycan bir növ qələbənin dadına baxdı. Eyni zamanda öz gücünü yoxladı. 2016-da çox məsələlər gündəmə gəldi. Azərbaycan daha sonra 2020-ci ilə hazırlıq görməyə başladı. Ordunun hazırlanması, informasiya müharibəsinə, təchizat, təminat məsələlərinə, beynəlxalq aləmdə təbliğata diqqət yetirildi. Çoxsayılı, bizim nəzərə almadığımız, görmədiyimiz məsələlər aradan qaldırıldı. Azərbaycanın qeyrətli oğulları bizdə qələbə ruhunu yenilədi. Ordunun özünə inamı artdı".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31