Ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı vəhşiliklər törədiblər - ÖZƏL
30 Mart 2023 11:16 Siyasət"2007-ci ildə Qubada tikinti işlərinin aparılması ilə əlaqədar aparılan qazıntı işləri zamanı kütləvi məzarlıqlar aşkar edilmişdir. Məzarlıqda 500-dək insan kəlləsi aşkarlanmışdır. Burada uşaqlar və qadınların da olduğu çoxlu sayda cəsədlər var idi. Tədqiqatlarla sübut olunmuşdur ki, bunlar 1918- ci ildə ermənilər tərəfindən qətlə yetirilmiş insanların cəsədləridir". "Olaylar"ın məlumatına görə, bunu deyən millət vəkili Kamilə Əliyevanın sözlərinə görə, Qubada törədilmiş bu soyqırımın dünya ictimaiyyətinə çatdırılması və gələcək nəsillərin yaddaşlarında qorunub saxlanılması məqsədi ilə Prezident İlham Əliyev "Quba Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar vermişdir: "Erməni-bolşevik dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdiyi soyqırımı dünya ictimaiyyətinə çatdırılması məqsədilə Prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır. Özlərini dünyaya yazıq, məzlum xalq kimi təqdim etmək istəyən ermənilərin tarix boyu Azərbaycan xalqına qarşı hansı vəhşiliklər törətdiklərini bütün dünya bilməlidir. Prezident İlham Əliyev tarixi faktlarla bütün dünyaya ermənilərin əsl xislətini, eləcə də müasir Ermənistan dövlətinin işğalçı bir dövlət olduğunu sübuta yetirdi".