Kamal Cəfərov Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin Naziri ilə görüşüb - ÖZƏL

Millət vəkili Kamal Cəfərov Böyük Britaniyanın Ədliyyə üzrə Dövlət Katibliyinin Naziri, Lord Kristofer Bellemi ilə görüşüb. "Olaylar"ın məlumatına görə, bu barədə millət vəkili özü məlumat verib. Bildirib ki, son iki gündə müxtəlif sektor və qurumlarla görüşün əsas müzakirə mövzusu olan İnsan hüquqları haqqında yeni qanun layihəsi məhz Lord Bellemi tərəfindən Parlamentə təqdim edilib: "Yeni qanun layihəsi ilə bağlı onun baxış bucağını və arqumentlərini öyrəndim. Görüşün sonunda Lord Belemi həmkarım Fazil Mustafaya qarşı həyata keçirilmiş silahlı hücumdan məlumatı olduğunu, bu xəbərə görə çox məyus olduğunu və ona tezliklə sağalmasını arzu etdi. Qeyd edim ki, Böyük Britaniyada keçirdiyim bütün görüşləri AŞPA-nın məruzəçisi mandatı çərçivəsindədir. Londona misiyamızın əsas məqsədi Böyük Britaniyanın insan hüquqları sahəsində həyata keçirdiyi islahatların beynəlxalq sənədlərə uyğunluğunu araşdırmaqdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31