Qaranlıq dairələrin qara planları - ÖZƏL
30 Mart 2023 10:54 Siyasət"Millət vəkili Fazil Mustafaya qarşı törədilmiş bu terror aktı bəzi qaranlıq dairələrin qara planlarından xəbər verir". "Olaylar" xəbər verir ki, bunu deyən Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Baydəmirli qeyd edib ki, belə hadisələri törədənlərin məqsədi cəmiyyətdə qorxu, inamsızlıq yaratmaqdır: "Şükürlər olsun ki, Fazil bəyin həyatına təhlükə yoxdur. Ona Allahdan şəfa diləyək. İnanırıq ki, belə qanlı cinayətin sifarişçiləri və icraçıları tezliklə Azərbaycanın hüquq mühafizə orqanları tərəfindən müəyyən ediləcək. Cinayət varsa cəza mütləq olacaq".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31