Deputatımız Bolqarıstanda parlament seçkilərini müşahidə edəcək
29 Mart 2023 14:26 SiyasətMilli Məclisin Azərbaycan-Bolqarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Rauf Əliyev martın 30-da Bolqarıstanın paytaxtı Sofiya şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində millət vəkili Bolqarıstanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə hazırlıqla tanış olacaq və seçki günü prosesin gedişini, vətəndaşların fəallığını izləyəcək.
Səfər aprelin3-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31