Qum mollalarını dini məclislərdə təbliğat aparmaq imkanlarından kənarlaşdırmaq lazımdır - ÖZƏL
29 Mart 2023 13:18 SiyasətMili Məclisin deputatı Fazil Mustafaya qarşı həyata keçirilən terror aktı bir daha Azərbaycanda İran təhlükəsinin, respublikamızda bu ölkənin casus şəbəkəsinin mövcudluğunun ciddi xarakter daşıdığını ortaya qoydu. Çoxları İrana bağlılığı olan və dövlətçiliyimiz əleyhinə fikirləri, yanaşmaları ilə seçilən istənilən şəxsin cəzalandırılmasını təklif etsə də, lakin fərqli düşünənlər də var. Daha doğrusu bu prosesin o qədər də asan olmayacağı qənaətindən çıxış edənlər mövcuddur.
"OLAYLAR"-ın xəbərinə görə, tarixçi Rəfail Eminov isə hesab edir ki, İranın ölkəmizə təsir dairəsini azaltmaq üçün ilk növbədə bütün Qum və digər İran təhsilli mollaları dini məclislərdə təbliğat aparmaq imkanlarından kənarlaşdırmaq lazımdır:
"Minlərlə profil təkcə facebookda mövcuddur. Görürük ki, adamlar İranı qiblə bilir. Onlara qarşı sərt davranmaq vətəndaş qarşıdurması deməkdir. Bu problemin həlli də incə siyasət aparılmasını tələb edir. Necə ki, onlar incə siyasətlə bu boyda sosial baza burada yarada biliblər".