İran mediası Fazil Mustafanı qatı şiə düşməni kimi təqdim edir - ÖZƏL

"İran mediası Fazil Mustafaya qarşı terror hücumunu "o qatı şiə düşmənidir" qeydi ilə təqdim edir. Məqsəd dindarlar arasında bu hücuma "legitimlik" qazandırmaqdır". Bunu "Olaylar"a deyən siyasi şərhçi Asif Nərimanlının sözlərinə görə, İranda "azərbaycanlılar"dan ibarət yaradılan və Azərbaycana qarşı informasiya və silahlı hücumlarda əsas iştirakçı olan "Hüseniyyun" qruplaşmasının terror aktı ilə bağlı bəyanatı da diqqət çəkir: "Qruplaşma məsuliyyəti üzərinə götürmür, lakin qeyd edir ki, "Sionistlər və onların Azərbaycanda olan icraçı qüvvələri bilməlidirlər ki, heç bir müsəlman ölkəsində onların təhlükəsizliyinə zəmanət verilməyib və onlar mütləq müsəlmanlardan ağır şillə yeyəcəklər".Bu terror hücumunda İran izi ön plandadır. Və "İranın və onların din adı altında ixrac etdiyi siyasətə qarşı çıxanlar cəzalandırılacaq", "təhlükəsizlikdə deyilsiniz" mesajı verilir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31