Fazil Mustafaya sui-qəsdin martın 28-də təşkil olunması təsadüfi deyil - ÖZƏL
29 Mart 2023 10:56 Siyasət"Həmkarım Fazil Mustafaya sui-qəsd edilməsi sıradan bir məsələ deyil və terror aktıdır. Bu terrorun məhz 28 martda təşkil olunmasının arxasında müəyyən məqsədlərin dayandığını hesab edirəm". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Azər Badamovun sözlərinə görə, çünki, 28 mart DTX-nın peşə bayramı günüdür: "28 martda Tehrandakı səfirliyimizdə terror hadisəsinin törədilməsinin 40-cı günüdür. Həm də 28 martda Milli Məclisin nümayəndə heyəti səfirliyin açılması tədbirinə qatımaq üçün İsrailə səfərə getmişdir. O cümlədən Tehrandalkı səfirliyimizə və Fazil Musttafaya qarşı törədilmiş terror hadisələri avtomat silahı vasitəsilə həyata keçirilmişdir. Bütün bunlar bu terror hadisəsini də eyni mərkəzdən planlaşdırıldığı haqqında fikir yürütməyimizə əsas verir. Hesab edirəm ki, müvafiq dövlət orqanları cinayətkar şəxs və ya şəxslərin ifşa olunması və cəzanlandırılması istiqamətində tədbirləri uğurla başa çatdıracaqdır".