Dövlətimizin təhlükəsizliyi etibarlı əllərdədir - ÖZƏL

"Dəyərli deputat həmkarım Fazil Mustafaya qarşı törədilmiş terror aktlnı şiddətlə qınayır və qətiyyətlə pisləyirəm. Bu hadisənin sifarişçilərinin məqsədi dövlətimizə  qarşı inamsızlıq, cəmiyyətdə qorxu yaratmaq istəyidir". "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tamam Cəfərovanın sözlərinə görə, bu yolla dövlətimizə təzyiq göstərmək istəyənlər bilməlidilər ki, Azərbaycanın müstəqilliyinə, bütövlüyümüzə və sabitliyimizə heç kim xələl gətirmək iqtidarında deyil: "Azərbaycan güclü dövlətdir. Təhlükəsizliyi etibarlı əllərdədir. Bizim gücümüz daxili birliyimizdədir. Dövlətimiz qarşısına qoyduğu hədəflərdən və inkişaf yolundan dönməyəcək. Əminəm ki, hüquq mühafizə orqanlarımız tez bir zamanda cinayəti törədənləri tapıb məsuliyyətə cəlb edəcəklər. Hörmətli Fazil müəllimə Allahdan şəfalar diləyir, onun tezliklə  sağalmağını arzulayıram".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31