Fazil Mustafaya açılan atəş Tehranda səfirliyimizə terror hücumun davamıdır - ÖZƏL

"İran kəşfiyyat və ideoloji olaraq ölkəmizdə beşinci kolon formalaşdırıb. Məzhəb adı altında formalaşan bu qrup ölkəmizin müstəqilliyinə və təhlükəsizliyinə təhdiddir. İran rejimi uzun illər ölkəmizdə məscidlərdən siyasi -ideloji və kəşfiyyat mərkəzi kimi istifadə edib". Bunu "Olaylar"a deyən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, deputat Fazil Mustafaya açılan atəş Tehranda səfirliyimizə terror hücumun davamıdır: "Ölkə daxilində kifayət qədər güclü İran şəbəkəsini formalaşdırıb. Bütün yerlərdə İrana rəğbət və ideoloji təsir dairəsində olan şəxslər var. Bunun səbəbi uzun illər İranın ölkəmizdə Mədəniyyət Mərkəzinin rəhbəri maskasında Ocaq Nicatın Mərkəzdə fəaliyyətinə imkan yaradılması və bir çox ibadət yerlərində  İranın ideoloji kəşfiyyat şəbəkəsinə bağlı şəxslərin qalması təhlükənin davam etdiyini göstərir. İran dindən istifadə edərək ölkəmizə və xalqımıza qarşı terror siyasəti həyata keçirir. Təssüf ki, bu illər ərzində bu təhlükə zərərləşdirilmədi. Bütün vətəndaşlarimız bilməlidir ki, İran rejimi dini rejim deyil, bu dindən istifadə edərək terrorçu bir rejimdir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31