2026-ci ilədək Qarabağ və Şərqi Zəngəzurda 150 min vətəndaşı məskunlaşacaq

Azərbaycan Prezidenti cənab İlham Əliyev mindən çox vətəndaşımızın bu il Laçın rayonuna- öz doğma ata-baba torpaqlarına qayıdacağını bildirib. "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, bütövlükdə, 30 illik Ermənistan işğalından sonra 10 mindən çox vətəndaşımızın yaxın illərdə Laçın rayonuna qayıdacağı gözlənilir. Laçın rayonu ilə yanaşı işğaldan azad olunan digər rayonlarımızda da bərpa və yenidən qurma işləri çox sürətlə həyata keçirilir: "Artıq yaxın 1 ildə Füzuli, Ağdam və digər şəhərlərimizdə minlərlə vətəndaşımızın öz doğma və tarixi torpaqlarına qayıtması reallaşacaq. 2026-ci ilədək isə Qarabağ və Şərqi Zəngəzurda 150 min vətəndaşımız məskunlaşacaq. Bu dəfə əbədi".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31