İlham Əliyev: Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək
28 Mart 2023 14:31 SiyasətLaçın şəhərində Heydər Əliyev Fondunun xətti ilə məscid inşa ediləcək. Məscidin təməlini də mən Laçında olarkən özüm şəxsən qoydum.
Olaylar.az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev Məsim Məmmədovu Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar qəbul edərkən deyib.
"Bununla paralel olaraq, Zabux və Sus kəndlərinin tamamilə yenidən qurulması prosesinə start vermişik. Zabux kəndində 1000-dən çox, Sus kəndində isə 300-dən çox insan yerləşəcək", - deyən dövlətimizin başçısı bildirib ki, Zabux kəndinin sakinləri üçün tamamilə yeni kənd salınır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31