Ermənistan açıq- aydın Rusiyanın təcavüzünə dəstək verir
28 Mart 2023 13:02 Siyasət"Demək olar ki,dünyada və Ermənistanda yaşayan ermənilərin böyük əksəriyyəti Rusiya-Ukrayna müharibəsində Rusiyanın tərəfini saxlayır. Hətta vəziyyət o yerə çatıb ki, Ermənistan özünün arsenalında olan 4 borbardmançı təyyarəni Ukraniyanı bonbalamaq üçün Rusiyaya köməyə göndərib. Bu gün dünyanın gözü Ukraniyada olduğu halda Ermənistan açıq -aydın Rusiyanın təcavüzünə dəstək verir. Bəlkə ki, Belarusiyadan sonra tam dəstək verən ölkələrdən biridir". "Olaylar"ın məlumatına görə, Milli Cəbhə Partiyasının birinci müavini Rafiq Daşdəmirli qeyd edib ki, bizim 44 günlük Vətən müharibəsində Ermənistanı dəstəkləyən, amma bu gün Ukraniyanın haqq işinə dəstək verən o böyük özünü demokrat adlandıran Fransa, Kanada kimi dövlətlər nədən Ermənistana sanksiya qoyulmasını dilə gətirmirlər: "Çox yaxşı olar ki,Ukraniyanın məsul şəxsləri, ən yaxşı halda Prezident Zelenski bu baradə dünya dövlətlərinə çağırış etsin.Ümüdümüz var ki, hörmətli Mövlud bəy Cavuşoğlunun Ermənistanın bu xəyanətkar və riyakər oyunu nəzərindən qacmayacaq. Ukraynanın haqq davasında birmənalı şəkildə Ukraynaya dəstək ifadə etmək, insanlığın örnəyidir. Ermənilərdə isə, nə insanlıq var, nə də dövlətçilik var. İnsanlıq olsaydı, bu qədər xəyanətkar olmazdılar. Xəyanətkarlar hər zaman xəyanətin yanında olacaqlar. Biz onlardan fərqli olaraq Ukraynanın yanında olmalıyıq. Haqqın yanında olmaq həm də Azərbaycanın yanında olmaqdır".