Radikalların ritorikası sağlam əməkdaşlığa sığmır - ÖZƏL

"Siyasi şərhlərdə qeyri-obyektivlik və qərəzlilik bilavasitə xarici qüvvələrin marağına xidmət etməyin təzahürüdür. Radikalların qərəzli siyasi ritorikası məhz iqtidar tərəfindən ötən müddət ərzində əldə olunmuş uğurlarının gözdən salınmasına fokuslanıb".

Azərbaycan "Zəngəzur" dəhlizini güc yolu ilə açmayacaq - ÖZƏL

"OLAYLAR" xəbər verir ki, bu fikirləri tarixçi Gültəkin Sabir qızı səsləndirib. O bildirib ki, bu cür ritorika sağlam əməkdaşlığa çağırmır:

"Bu cür ritorika cəmiyyətin parçalanmasına xidmət edir. Odur ki, iqtidarın dialoqla bağlı açıq mesajlarına radikallar yalnız yeni təxribatlarla cavab verir".

Natiq onu da qeyd edib ki, bu mənada "Siyasi partiyalar haqqında" Qanunun qəbul edilməsi, siyasi partiya rəhbərləri ilə keçirilən çoxsaylı görüşlər, dialoqların genişləndirilməsinə göstərilən təşəbbüslər məhz ölkədə siyasi mühitin sağlamlaşdırılmasına hesablanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31