Bu regionda sağ qalmaq üçün hökmən güclü dövlətə, güclü təhlükəsizlik qüvvələrinə və güclü orduya ehtiyac olacaq - ÖZƏL

"Təqribən 1 il bundan qabaq biz İrəvana səfər edən zamanı ən yadda qalan hisslərdən biri Azərbaycanın təhlükəsizlik orqanlarının işi və imkanları oldu. İrəvanda ən çətin anlarda öz varlıqlarını bizə daim hiss etdirmələri, "əllərinin" düşmən ölkədə belə hər yerə çatması, regionda söz və nüfuz sahibi olmaları bizi həm ürəkləndirirdi, həm də qürurlandırırdı! Biz hər an Ali Baş Komandanın, Azərbaycan dövlətinin və təhlükəsizlik orqanlarının gücü ilə himayə olunğumuzu və qorunduğumuzu hiss edirdik..." "Olaylar" xəbər verir ki, bunu deyən millət vəkili Tahir Mirkişilinin sözlərinə görə, çətin və mürəkkəb bir regionda yaşayırıq: Və belə görünür ki, bu bizim əbədi taleyimizdir. Bu regionda sağ qalmaq üçün hökmən güclü dövlətə, güclü təhlükəsizlik qüvvələrinə və güclü orduya ehtiyac olacaq. Bu gün Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidməti orqanları əməkdaşlarının peşə bayramıdır. Onları təbrik edir və bu taleyüklü fəaliyyətlərində yeni-yeni uğurlar arzu edirik!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31