Brüssel və Vaşinqtonun cəhdləri reallıqlara cavab verən missiyadır - ÖZƏL

"Regionda mövcud olan maraqların qarşılıqlı toqquşması prosesləri çıxılmaz vəziyyətə salıb. Brüssel və Vaşinqtonun  Azərbaycan və Ermənistan arasındakı vasitəçilik cəhdləri öz-özlüyündə reallıqlara cavab verən missiyadır". Bu fikirləri "OLAYLAR"-a BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov səsləndirib. Onun sözlərinə görə, Azərbaycanın tələbləri onların bəyanatlarında qarşılanır ki, bu, beynəlxalq hüquqa uyğundur və Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün müsbət haldır: "Diplomatik olaraq atılan addımların intensivləşməsi, dövlət başçıları ilə onların tez-tez əlaqə saxlaması bir daha onların münaqişənin həllində maraqlı olduqlarını göstərir.  Regiondan sülhün əldə olunması Rusiyanın regiona təsir gücünü azaltdığı üçün hesab edirəm ki,  Qərb nəticə almağa çalışır". 

Azər Qasımov deyib ki, hazırda mövcud olan geosiyasi durumda regionda əldə edilə biləcək müsbət nəticəyə ümid az olsa da, ən azı göstərilən diplomatik aktivlik proseslərin dağıdıcı mərhələyə keçməsinin tam qarşısını almasa da, onu ləngidir, gələcəyə ümid yaradır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31