İran Azərbaycanı Quran ayəsi ilə qorxudur - ÖZƏL

"İran mediası belə bir şəkil paylaşıb bizi təhdid edir. Bayrağımızı təhqir edir. Suverenliyimizi təhdid edir". "Olaylar" xəbər verir ki, bunu deyən Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılovin sözlərinə görə, həm də Ramazan ayında əhalisinin 96 %-i müsəlman olan ölkəni Quran ayəsi ilə qorxudur. Həmin ayə Səcdə surəsinin 22-ci ayəsidir. Mənası belədir: "Biz günahkarlardan mütləq intiqam alacağıq!". Dini hər zaman alətə çevirən İran hakimiyyəti bu Quran ayəsini də öz siyasətinə alət edir. Ayənin qəsd olunan mənasını təhrif edir. Bu nə kindir, nə küdurətdir belə? Bu bayraq bütün kin və küdurətlərə rəğmən əbədi dalğalanacaq!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31