Mehriban Əliyeva: Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin! - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi "Instagram" hesabında Ramazan ayının başlanması münasibətilə paylaşım edib.

Olaylar.az xəbər verir ki, paylaşımda deyilir:

"Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu qəbul etsin!

Dərin hörmət və sevgilərlə,
Sizin MEHRİBAN"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31