Pakistan Prezidenti Novruz bayramı münasibətilə Prezident İlham Əliyevi və xalqımızı təbrik edib
21 Mart 2023 23:59 SiyasətPakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.
Olaylar.az xəbər verir ki, Pakistan Prezidenti bununla bağlı rəsmi tviter hesabında paylaşım edib.
Paylaşımda qeyd olunub: "Pakistan xalqı adından və şəxsən öz adımdan Azərbaycan Respublikasının Prezidenti qardaş İlham Əliyevi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edirəm. Uca Allahdan sülh və firavanlıq diləyirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31