"Hər üç nazir üçün əlverişli tarixlər seçəcəyik" - Lavrov

Azərbaycan, Rusiya və Ermənistan xarici işlər nazirlərinin üçtərəfli görüşünün vaxtı müzakirə edilir.

Olaylar.az trend-ə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Moskvada səfərdə olan Ermənistan xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

"Yaxın vaxtlarda hər üç nazir üçün əlverişli tarixlər seçəcəyik", - deyə o bildirib.

Qeyd edək ki, daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bildirmişdi ki, Moskva Rusiyada Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü təşkil etməyə hazır olduğunu təsdiqləyir.

Ötən ilin dekabrına planlaşdırılan üçtərəfli görüş erməni tərəfi tərəfindən pozulub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31