Mehriban Əliyeva Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik edib

 

20 Mart 2023 09:02
Baxış: 61
  • Share on Telegram
  • Share on Facebook
  • Share on Twitter
  • Print

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Novruz bayramı ilə bağlı paylaşım edib.

"Əziz bacılar və qardaşlar!

Sizin hamınızı Novruz bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Hər birinizə möhkəm cansağlığı, xoş duyğular, gözəl əhval-ruhiyyə, səadət və uzun ömür arzulayıram! Üzünüzdən təbəssüm heç zaman əskik olmasın, kədər sizdən uzaq olsun! Qoy hər birinizin həyatında nurlu, xoşbəxt günlərin sayı çox olsun!  Vətən uğrunda canlarından keçmiş bütün şəhidlərimizə rəhmət eləsin, onların ailələrinə dözüm və səbir versin! Uca Tanrı xalqımızı bütün qada-bəlalardan qorusun!

Dərin hörmət və sevgilərlə,

Sizin MEHRİBAN".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31