Azərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Su Konvensiyasına qoşulmayıb - Nazir
16 Mart 2023 11:52 SiyasətAzərbaycandan başqa Qafqazda heç bir ölkə hələ də BMT-nin Avropa İqtisadi Komissiyasının Su Konvensiyasına qoşulmayıb.
Olaylar.az Trend-ə istinadən xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə keçirilən strateji məsləhətləşmələr zamanı deyib.
Xatırladaq ki, Ağdamda Azərbaycan-BMT tərəfdaşlığı üzrə strateji məsləhətləşmələr keçirilir. Tədbirdə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər, Kənd Təsərrüfatı və Səhiyyə nazirliklərinin, Dövlət Şəhərsalma və Arxitektura, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət komitələrinin, Minatəmizləmə Agentliyinin rəhbərləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri, Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzində təmsil olunan Prezident Administrasiyasının əməkdaşları, habelə BMT agentliklərinin Azərbaycanda fəaliyyət göstərən ofislərinin rəhbər şəxsləri iştirak edir.